Yəmənli nazir: Qazımızın Avropaya nəql olunmasına icazə verməyəcəyik

QafqazTimes xəbər verir ki, Yəmənin informasiya naziri Zeyfullah Əl-Şami şənbə günü axşam vurğulayıb ki, bu ölkənin Həzrəmövt əyalətindəki “Əl-Zəbə” limanına dünənki hücumları təcavüzkar Səudiyyə-BƏƏ koalisiyana güclü mesajdır.

Əl-Şami Əl-Məyadin xəbər telekanalına deyib: Pilotsuz təyyarələrin düşmənlərə mesajı budur ki, millətimiz mübadilələri dəyişdirmək iqtidarına malikdir. İHA-lar bu gün döyüş meydanında balans yaradır.

O, bu hücumların ilkin xəbərdarlıq olduğunu və Əl-Zəbə limanının ərazisi və neft tankerinin ətrafının hədəfə alındığını bildirib və qeyd edib ki, bu xəbərdarlıq mesajlarından sonra neft şirkətlərinin Amerika və Avropanın təzyiqinə boyun əydikləri təqdirdə onları ağrılı hücumlar gözləyir.

Bu yəmənli vəzir belə davam edib: Sənanın bu mesajı düşmənlərə çatdı. Gəmi isə hazırda beynəlxalq sulardadır və (Əl-Zəbəyə) qayıtmayacağını açıqlayıb. Sənanın mesajları müvafiq şirkətlərə çatıb.

Əl-Şami, bu gəminin geri dönəcəyi təqdirdə bunun artıq xəbərdarlıq hücumu olmayacağını və gəmilərin keçidinin qarşısını alacaq birbaşa hücuma çevrilməsi ehtimalına diqqət çəkib.

O, həmçinin atəşkəs haqqında danışarkən deyib: Atəşkəsin uzadılması yalnız Yəmənin şərtləri ilə olacaq. Əgər atəşkəs Yəmən limanlarının və Səna hava limanının açılmasına və işçilərin maaşlarının ödənilməsinə səbəb olmazsa, (öhdəlikləri yerinə yetirməkdən yayınmaq da faydalı olmayacaq.

Sonda bu yəmənli nazir xəbərdarlıq edib: Millətimiz qaz böhranından əziyyət çəkdiyi bir vaxtda biz Yəmən qazının Avropaya və ya hər hansı bir ölkəyə aparılmasına icazə verə bilmərik.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?