Yəmən İnqilabının lideri: Avropa və Amerika mafiyaları ilə əlaqəli dəstələr yəmənli uşaqları satırlar

Qafqaztimes xəbər verir ki, Yəmən inqilabının mənəvi lideri və Ənsarullah hərəkatının rəhbəri Seyid Əbdul Məlik əl-Hüsi deyib ki, təhlükəsizlik qüvvələri Yəməndə uşaq alveri ilə məşğul olan cinayətkar dəstələrin mövcud olduğunu və onların uşaqları Səudiyyə Ərəbistanına və digər Körfəz dövlətlərinə satdıqlarını və ya müxtəlif məqsədlər üçün istifadə edtiklərini xəbər vermişlər.

Əl-Məsira xəbər saytının verdiyi məlumata görə əl-Hüsi belə qeyd edib: “Bu dəstələr uşaqları üç qrupa ayırır, onlardan bəziləri məcburi əmək və qaçaqmalçılıq, bəzilərini isə cinsi istismar üçün satılır, bəziləri isə bu şəbəkələrin xeyrinə dilənçilik üçün istifadə olunur.”

Yəmən inqilabının lideri bu dəstələrin uşaq orqanlarının qaçaqmalçılığı ilə də məşğul olduqlarını və onların Avropa və Amerika mafiyaları ilə əlaqəli olduqlarını söyləyib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya