Səudiyyə rəsmilərinin dəvəti ilə bu ölkəyə səfər edən livanlı sənətçi həbs edildi

Qafqaztimes xəbər verir ki, Livan mənbələri çərşənbə axşamı bu ölkənin bəstəkarlarından biri olan Səmir Səfirin Səudiyyə Ərəbistanında həbs olunduğunu bildiriblər.

“Tayyar” xəbər saytı məlumat yayıb ki, Səudiyyə İnformasiya Nazirliyi ofisinin direktoru Vəlid bin Qazinin dəvəti ilə Səudiyyə Ərəbistanına səfər etmiş Livan bəstəkarı Səmir Səfirin ailəsinin bir neçə gündür onunla əlaqəsi kəsilibmiş.

Livanın “Əl-Əxbar” qəzeti də Səmir Səfirin bir neçə gün əvvəl Səudiyyə rəsmisinin dəvətinə müsbət cavab verdikdən sonra Riyadda həbs olunduğunu xəbər verib.

Livan qəzeti məlumatlı mənbələrə istinadən Səudiyyə təhlükəsizlik qüvvələrinin Səmir Səfiri həbs etdiyini və Livan Xarici İşlər Nazirliyinin bu barədə məlumat almaq üçün Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi ilə əlaqə yaratdığını yazıb.

Məlumata görə, Livan Xarici İşlər Nazirliyinin telefon əlaqələrindən sonra Səmir Səfirin həyat yoldaşına onu ziyarət etməyə icazə verilib. Ancaq Səudiyyə Ərəbistanına getdikdən sonra ona görüş icazəsi verilməyib.

Qeyd edək ki, Səudiyyə rəsmiləri Səmir Səfirin tutulmasının səbəbi ilə bağlı Livana heç bir açıqlama verməyib.

Related posts

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib

Yəmən: Amerika və İsrail gəmilərini vurduq