İordaniyada və Livanın cənubunda Qüdslə həmrəylik nümayişləri

Qafqaztimes xəbər verir ki, İordaniya vətəndaşları Qüdslə həmrəylik məqsədilə Qüdsə Kömək Gənclər Birliyinin dəvəti ilə cümə axşamı Əmman şəhərində nümayiş keçirmişlər.

Nümayiş iştirakçıları bildirmişlər ki, iordaniyalıların əsas hədəfləri müqavimətə dəstək göstərməklə işğalçı rejimi məhv etməkdir.

İordaniya Xarici İşlər Naziri Əymən Əs-Safdi də bundan əvvəl işğal altındakı Qüdsün qədim hissəsinə edilən irqçi hücumları qınamış və bunun acı nəticələri ilə bağlı xəbərdarlıq etmişdi.

Əl-Məyadin telekanalının məlumatına görə, Livanın cənubunda yerləşən Tire şəhərindəki qaçqın düşərgələrinin sakinləri də Qüdsü dəstəkləyərək nümayiş etdirmişlər.

Eləcə də Şimali Əl-Burc düşərgəsi sakinləri, Fələstinli qrupların və xalq komitələrinin liderləri Əl-Muxim Məscidi qarşısında toplanmış, daha sonra Qüdsə və İntifadaya dəstək şüarları səsləndirərək düşərgə xiyabanlarında yürüş keçirmişlər.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?