Xütbə oxuyan keşişə yaxınlaşıb, bıçaqla zərbələr endirdi: Sidneydə dəhşət anları – VİDEO

Sidneydə (Avstraliya) şəhərətrafı qəsəbələrdəki ticarət mərkəzində bıçaqlanma hadisəsindən iki gün sonra daha bir hücum həyata keçirilib.

Bu dəfə hadisə kilsədə baş verib.

Məlumata görə, yepiskop Mari Emmanuel xütbə oxuyarkən qəfildən bir nəfər ona yaxınlaşaraq bıçaqla zərbələr endirib. Ziyarətçilər hadisəyə dərhal müdaxilə etmək istəyiblər. Nəticədə onlar da xəsarət alıblar.

Baş verənlər hadisə şahidinin biri tərəfindən mobil telefonla çəkilib.

Xatırladaq ki, Sidneydə bir neçə gün öncə baş verən terror aktında altı nəfər həlak olmuşdu.

Related posts

Aviaqəzalarda dünyasını dəyişən dövlət başçıları – SİYAHI

Rusiyada manyakın təhlükəli görüntüləri yayılıb – VİDEO

BMT-nin iclasında Seyid İbrahim Rəisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib – FOTO