Gürcüstan Parlamentində müzakirələr kütləvi davaya çevrildi – VİDEO

Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı kütləvi dava olub.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Bildirilir ki, Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi barədə danışarkən müxalifətdə olan Vətəndaşlar Partiyasının rəhbəri Aleko Elisaşvili ona hücum edib.

Bundan sonra zalda dava başlayıb.

Xatırladaq ki, qanun layihəsi ilə əlaqədar paytaxt Tbilisidə müxalif partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri parlament binasının girişinə toplaşaraq etiraz aksiyası keçirirlər. Nümayişlə əlaqədar parlament binasının ətrafına çox sayda polis cəlb edilib.

Related posts

Əfqanıstanda helikopter məktəbə çırpıldı – VİDEO

Günəşdəki güclü partlayışının görüntüsü yayımlandı – VİDEO

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO