XİN başçısı: İsveçə səfir göndərmirik, yeni səfir də qəbul etmirik





İran XİN başçısı İsveçdə islam müqəddəslərinə bir daha hörmətsizliyin ardınca ölkənin diplomatik əlaqələrinə xələl gəldiyini vurğulayaraq deyib: İsveçdən yeni səfiri qəbul etmirik və İran Stokholma yeni səfir göndərməyəcək.
Əl aləm telekanalının məlumatına əsasən, İran İslam Respublikası xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün (21 iyul) elan edib: XİN müavinləri şurasının fövqəladə iclasında Qurani Kərimin yandırılması ilə əlaqədar rəsmi Stokholma sərt reaksiya nəzərdə tutuldu və İsveç səfirinin ezam müddəti bitənədək İranda qalması və artıq yeni səfirin qəbul edilməməsi qərarı qəbul edilərək həmin dövlətə bildirildi.
Xatırladaq ki, dünən və son bir neçə həftə ərzində ikinci dəfə olaraq, İraq-İsveç vətəndaşı Salvan Momika İsveç polisinin himayəsi altında Qurani-Kərimə hörmətsizlik edib. İsveçdə Qurani-Kərimin müqəddəsliyinə qarşı bir daha edilən hörmətsizliyə reaksiyada, dünən gecə İsveçin Tehrandakı səfiri XİN mətbuat katibi Nasir Kənani tərəfindən nazirliyə çağırılıb və bu hörmətsiz hərəkətə qarşı İran İslam Respublikasının kəskin etiraz halları ona bəyan edilib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsveç səfirinə belə deyib: İsveçdə Qurani-Kərimə və islami müqəddəslərə hörmətsizliyin təkrarlanmasını kəskin tərzdə pisləyir və dünya müsəlmanlarının emosiyalarının təhrik edilməsinin nəticələrinin tam məsuliyyətinin İsveç hökumətinin üzərinə düşdüyünü bildiririk.

Related posts

Kanadada islamofobiya

ABŞ-ın hərbi tənəzzülü

İran sionist rejimin Əl Nuseyrat düşərgəsinə qanlı hücumunu kəskin qınadı