Ramullahın qərbində sionistlər fələstinli yeniyetməni şəhid etdi





İşğalçı sionist rejim hərbçiləri bir yeniyetməni alnından güllə ilə vuraraq şəhid edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Fələstin səhiyyə nazirliyi bu gün (21 iyul) elan edib: Ramullahın qərbində yerləşən Ummu Səfa məntəqəsində bir fələstinli yeniyetməni alnından vuraraq şəhid edib.
Bundan əvvəl də fələstin informasiya qaynaqlaır Ummu Səfa məntəqəsində sionistlərin 2 nəfəri yaraladığından xəbər vermiş, yaralıların vəziyyətinin ağır olduğunu elan etmişdi. Səhiyyə nazirliyi yaralıların baş və qarın nahiyəsindən güllə ilə vurulduğunu, hal-hazırda xəstəxanada olduqlarını da bildirib.

Related posts

Sionist rejim ABŞ-ın yeni hərbi yardımından narahatdır

Əbu Übeydə: Biz düşmənlə çox uzun sürən müharibəyə belə hazırıq

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur