Buz parçası üzərində qalan balıqçıları belə xilas etdilər (Video izlə) 

Rusiyada Oneqa gölündə qırılan buz parçasının üzərində qalmış iki balıqçı xilasedicilərin uzun səylərindən sonra xilas edilib. Onların axtarışlarına Leninqrad və Voloqda vilayətlərinin, həmçinin Kareliya Respublikasının xilasediciləri cəlb olunublar.

Bu barədə RF Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, əlverişsiz hava şəraiti – duman, küləyin sürətinin 14 m/s-ə qədər olması və suda dalğalanma hoverkraftın (hava yastıqlı gəmi) buz kütləsinə yaxınlaşmasına imkan verməyib.

Sonda balıqçıların xilası üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Mi-8 helikopteri göndərilib.

Qeyd olunur ki, zərərçəkənlərin xilası zamanı helkiopter buz təbəqəsinin üstündə 30-50 sm məsafədə havada asılı şəkildə qalıb. Bu, yüksək dəqiqlik və peşəkarlıq tələb edir.

FHN bununla bağlı videonu yayımlayıb.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO