“SEPAH olmasaydı, avropalılar küçədə cəsəd toplayardı”

İran İslam Respublikasının Bakıdakı səfiri 2004-2017-ci illərdə terrorçu təşkilatların Avropadakı hücumlarına işarə edərək deyib: SEPAH olmasaydı, avropalılar hələ də küçələrdən cəsəd toplamaqla məşğul idirlər.

Fars İnformasiya Agentliyinin verdiyi xəbərə əsasən, seyid Abbas Musəvi bu gün (21 yanvar) twitter hesabında  Aİ-nin SEPAH-a sanksiya qətnaməsinə reaksiya olaraq yazıb: 2004-2017-ci illərdə İŞİD-ın İraq və Suriyanı nəzarətə aldığı bir zamanda şimaldan cənuba qədər bütün Avropa ölkələrində aktlar keçirirdi. İranın SEPAH-ı olmasaydı, onlar 2023-cü ildə də ölkələrinin küçələrindən cəsəd toplamaqla məşğul idilər.

Qeyd edək ki, yanvarın 19-u Avropa İttifaqı SEPAH-ı terrorçu qrup adlandırdıqdan sonra bir neçə maddəli sanksiya qətnaməsi təsdiqləyib. İranın Avropaya dəfələrlə bu xüsusda rəsmi notalarına rəğmən,  bu qətnamənin ardınca İran prezidenti İbrahim Rəisi yenə xəbərdarlıq edərək deyib: Bu qətnamə onların ölkədə xalqa zərbə vurmaq cəhdlərinin uğursuzluğunun nişanəsidir. SEPAH rəsmi bir dövlət qurumu, İran ordu sisteminin bir şöbəsidir. Elə ona görə də terrorçu qrup adlandırılması beynəlxalq qanunlara və BMT manifestinə ziddir.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?