Ukrayna Baxmutda ağır itkilərlə üzləşib

QafqazTimes xəbər verir ki, Luqanskın ehtiyatda olan polkovnik və hərbi eksperti Andrey Muraçko Ukrayna ordusunun Baxmutda ağır itkiləri ilə bağlı Rusiyanın “RIA Novosti” xəbər agentliyinə müsahibəsində bildirib ki, təkcə ötən həftə Kiyev təhlükəsizlik qüvvələri ümumilikdə Artemovsk vilayətində (Baxmut) gedən döyüşdə 4500 itki və yaralı ilə üzləşib.

O, öz mənbələrinə istinadən bildirib ki, son bir həftə ərzində Ukrayna qüvvələri Baxmutda rus ordusu ilə döyüşdə bərpa olunmaz itkilər verib.

Muraçko həmçinin qeyd edib ki, yaralıların təxminən 20%-i ağır yaralı hesab olunur və onların gələcəkdə döyüş meydanına qayıtması mümkün olmayacaq.

Bundan əlavə ötən gün (bazar günü) İngiltərənin həftəlik “Sunday Times” qəzeti Ukrayna ordusunun Rusiya qüvvələri ilə Artemovsk (Baxmut) döyüşündə gündəlik 200-ə qədər döyüşçüsü itirdiyi barədə məlumat yayıb.

Bu xəbərə görə, Baxmutda Ukrayna əsgərləri ilə rus əsgərləri arasında 9 ay davam edən döyüş zamanı bu şəhər demək olar ki, dağıdılıb və bu şəhərin əhalisinin 90%-i, yəni 70 minə yaxın insan bu şəhərdən qaçıb. Ukrayna ordusu gündə Rusiya ilə döyüşdə 100-200 əsgər itirir.

Ukrayna rəsmiləri dəfələrlə ölkə ordusunun Rusiya ordusu qarşısında xaotik vəziyyətini etiraf ediblər və belə ki, bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski bu ölkənin şərqində vəziyyətin çox çətin və ağrılı olduğunu vurğulamışdır.

Related posts

Hollandiyalı vəkillər Netanyahunun həbsini tələb edir

Kolumbiya: İnsanlığın ölüməsinə razı deyilik

Şahin Mustafayev və İran səfiri arasında görüş olub