Fələstin: İsrail regionu zorakılığa doğru sövq etmək istəyir

QafqazTimes xəbər verir ki, Fələstin Administrasiyasının sözçüsü Nəbil Əbu Rudeynə Fələstin milləti, torpağı və Fələstinin müqəddəs məkanlarına qarşı təhlükəli gərginliyin artmasına görə sionist rejimi məsul hesab edib.

Əbu Rudeynə deyib: Sionist rejim Fələstin xalqına qarşı müharibə, qətl, soyqırım və müqəddəs məkanlara hücumlarla bölgəni zorakılığa və gərginliyin artmasına doğru sürükləməyə çalışır.

“Rəy Əl Youm” qəzetinin məlumatına görə, Əbu Rudeynə həmçinin sionist mühacirlər tərəfindən Ramallahın “Səncəl” qəsəbəsində yaşayan bir fələstinli vətəndaşın evinin yandırılmasını və sionist rejim polisinin Əl-Əqsa məscidindəki sabiq müsəllaya basqınını pisləyib.

O, vurğulayıb: “Gərginliyin artmasının qarşısını almağa çalışan regional və beynəlxalq tərəflər Ramazan ayında bölgənin alovlanmasından əvvəl artan təcavüzün dayandırılması üçün sionist rejimin kabinetinə təzyiq göstərməlidirlər.”

Fələstin mənbələri bildiriblər ki, israilli mühacirlər bazar günü səhər Ramallahın şimalında yerləşən Səncəl qəsəbəsindəki bir yaşayış evini yandırıcı maddələrdən istifadə etməklə yandırıblar.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…