Ucadan danışdığı üçün 13 yaşlı oğlanı döyüb öldürdülər – FOTO – VİDEO

Rusiyanın Ulyanovsk şəhərində dəhşətli hadisə qeydə alınıb. Belə ki, 13 yaşlı uşaq tramvayda üç kişi tərəfindən döyüldükdən sonra ölüb. Hadisənin səbəbi kimi uşağın ictimai nəqliyyatda dostları ilə bərkdən danışması və arada söyüşlü ifadələr işlətməsi olub. Yaşlılardan biri uşağı məzəmmət etdikdən sonra ona şillə vurub. Daha iki nəfər kişinin tərəfini saxlayaraq yeniyetməni döyüblər. Sonda onlardan biri uşağı itələyib. Gicgahından zərbə alan uşaq huşunu itirib.

Yeniyetmə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Məktəblinin dostları isə deyirlər ki, onlar söyüş söyməyiblər, sadəcə olaraq ucadan danışıblar. Bu isə yaşlı nəslin xoşuna gəlməyib.

Yeniyetmə ailənin yeganə övladı idi, davada və qalmaqallarda adı hallanmayıb.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO