3 fələstinli sionist rejimin hərbi bazasına nüfuz etdi

QafqazTimes xəbər verir ki, ibrani dilli Kan kanalı ötən gün (cümə axşamı) bildirib ki, üç gənc fələstinli çərşənbə günü səhər Ramallah yaxınlığındakı İsrail ordusunun kazarmalarına daxil olaraq iki saat sonra oranı tərk ediblər.

Buna barədə “Şahab ​​News” saytı xəbər verib ki, bütün bu müddət ərzində sionist əsgərlər dərin yuxuda olublar və heç kim bu üç gənc fələstinlinin kazarmada olmasını hiss etməyib.

Hərbi bölmə komandirləri üç fələstinlinin kazarmaya silah və sursat əldə etmək məqsədi ilə daxil olduqlarını düşünürlər.

Bu məsələ ilk dəfə deyil. Son illərdə fələstinlilərin Təl-Əviv rejiminin kazarma və silah anbarlarına nüfuz etmələri ilə bağlı dəfələrlə xəbərlər yayılıb. 2016-cı ilin yanvarında “Yedioth Ahranoth” qəzeti Negev səhrasının şimalında yerləşən təlim düşərgəsindən 93 min patronun oğurlanmasını sionist bazalarına ən böyük hücum kimi qeyd edib.

2016-cı ilin sentyabrında isə sionist rejimin mediası Livanla sərhəddə böyük bir hərbi bazaya nüfuz edilməsi və bu bazadan çoxlu sayda silah-sursatın aparılması barədə məlumat yaymışdı. Bu əməliyyat zamanı bazadan 23 qumbaraatan və 15 M16 tüfəngi qənimət götürülmüşdür.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!