Türkiyədə inflyasiya 95%-ə çatıb!

QafqazTimes xəbər verir ki, İstanbul Ticarət Palatası bu cümə günü bu şəhərdə inflyasiyanın ötən ayla müqayisədə 4 faiz artdığını və ötən illə müqayisədə isə bu şəhərdə inflyasiyanın 94,4 faizə çatdığını açıqlayıb.

Buna əsasən, bu ayda topdansatışda inflyasiya 8,17%, pərakəndə satışda isə 4,03% artım təşkil edib.

Bu inflyasiya rəqəmi Türkiyədə son 24 ildə görünməmiş göstəricidir.

Qeyd edək ki, mayın əvvəlində Türkiyə Mərkəzi Bankı bu ölkədə illik inflyasiyanın iyun ayında (keçən ay) 70%-ə çatacağını, daha sonra bu ilin sonunda 43%-ə düşəcəyini və 2024-cü ilin sonunda isə inflyasiyanın tək rəqəmə çevriləcəyini proqnozlaşdırmışdı.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…