Amerikalıların dörddə biri hökumətə qarşı silahlanmağa hazırdır

QafqazTimes xəbər verir ki, Guardian-ın yazdığına görə, ABŞ-da 1000 nəfərin arasında Çikaqo Universitetinin Siyasət İnstitutu tərəfindən aparılan sorğuda da məlum olub ki, amerikalıların əksəriyyəti hökumətin “korrupsioner və mənim kimi sadə insanlara qarşı saxtakarlıq etdiyini” deyir. (Yəni, Amerikada qanunlar və qaydalar adi insanlar üçün deyil, yalnız siyasətçilərin və zənginlərin xeyrinə hazırlanıb.)

Məlumatlar göstərir ki, Amerika siyasətində həddindən artıq qütbləşmə mövcuddur və bunun amerikalıların ictimai münasibətlərinə təsiri çox güclüdür.

Bu statistika Konqres komitəsinin 6 yanvar iğtişaşları ilə bağlı açıq dinləmələr keçirməsi ilə eyni vaxta təsadüf edir. Qeyd edək ki, Konqres binasına edilən bu ölümcül hücum zamanı Donald Tramp tərəfdarları Trampı hakimiyyətdə saxlamaq üçün seçkilərin təsdiqlənməsinə mane olmağa çalışmışdılar.

Sorğu göstərir ki, hakimiyyətə inamsızlıq faizi partiyalar arasında dəyişir. Demokratların təqribən 80 faizi seçkilərə etimad göstərsə də, müstəqillər arasında bu rəqəm 51 faizə, respublikaçılar arasında isə bu ədəd 33 faizə düşüb.

Bu sorğuya əsasən, amerikalıların 49%-i öz ölkələrində özlərini daha çox yad kimi hiss etdiklərini bildiriblər.

Həmçinin bu statistikaya görə, sorğu iştirakçılarının 28 faizi tezliklə “hökumətə qarşı silaha sarılacağını” qeyd ediblər. Bu şəxslərin 37 faizinin evlərində silah olduğu da məlum olub.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

1 şərh

uwqdpcdlxy Noyabr 26, 2023 - 12:47 səhər

Muchas gracias. ?Como puedo iniciar sesion?

Add Comment