Türkiyəlilərin 60%-i Ərdoğan hökumətinin iqtisadi proqramına etimad etmirlər

QafqazTimes xəbər verir ki, Metropol İnstitutunun yeni sorğusuna əsasən, hər 10 Türkiyə vətəndaşından 6-sı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin iqtisadi problemlərini həll edə bilməyəcəyinə inanır.

“Dovar” saytının məlumatına görə, sorğu iştirakçılarının təxminən 59 faizi Ərdoğanın iqtisadi problemləri həll edə bilib-bilməyəcəyi sualına mənfi cavab verib. 39% isə bu suala “bəli” cavabını verib.

Sorğuda vətəndaşların hansı siyasi partiyanı dəstəklədiyinə görə ayrı-ayrılıqda təhlil də aparılıb. Buna müvafiq olaraq, hakim Ədalət və İnkişaf Partiyasında seçicilərin 90%-i Ərdoğan hökumətinin iqtisadiyyatda islahatlar apara biləcəyinə inanır, 8,8%-i isə əksini düşünür.

Milli Hərəkat seçiciləri arasında 73,1 faiz Ərdoğana etimad göstərdiyi halda, müxalifət partiyaları olan “Respublikaçı Partiyası” və “Xalqların Demokratik Partiyası” tərəfdarlarının 90 faizdən çoxu Ərdoğana etimadsızlıq ifadə ediblər.

Müxalifət partiyalarının tərəfdarları, liderlərinin Türkiyənin iqtisadi problemlərini həll edə biləcəyinə inanırlar.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik