HƏMAS: Ankara-Təl-Əviv münasibətləri Türkiyə ilə əlaqələrimizə təsirlidir

QafqazTimes xəbər verir ki, HƏMAS-ın siyasi bürosunun üzvü Musa Əbu Mərzuq hərəkatın Türkiyə ilə əlaqələrində böyük anlaşılmamazlıqlar olduğunu deyib.“Bu anlaşılmamazlıqlar iki mənbədən qaynaqlanır; Birincisi, Türkiyənin istər Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və İsrail olsun, regionun bütün tərəfləri ilə münasibətlərini yaxşılaşdırmaq siyasəti yürütməsi, ikincisi isə İsrailin Türkiyə ilə münasibətlərini yaxşılaşdırdığını inkar etməsidir.

Moskvada olan Əbu Mərzuq Sputnik-ə açıqlamasında “HƏMAS-ın Türkiyə ilə əlaqələri sabitdir və bizimlə Türkiyə arasında anlaşma var və biz razılaşdığımız şeylərə tam sadiqik” deyib.

Əbu Mərzuq HƏMAS və Dəməşq münasibətləri və hərəkatın Suriyada Bəşər Əsəd hökuməti ilə əlaqələrinin bərpası ehtimalı barədə deyib: “Ümid edirik ki, bu baş verəcək. Bu iş mürəkkəbdir. Amma ümid edirik ki, Dəməşqlə münasibətlərimizin bərpasına praktiki olaraq imkan verəcək bir çox dəyişikliklər baş verəcəkdir.”

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək