Türkiyə Səadət Partiyası Ərdoğana: “Bir dəqiqəlik” çıxışınız nə oldu?

QafqazTimes xəbər verir ki, Türkiyənin Səadət Partiyası 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail lideri Hersoqun gəlişinə reaksiya verib.

Rəsmi səfəri “utanc verici” olaraq xarakterizə edən partiya üzvləri Türkiyə daxilində birgə mətbuata açıqlama veriblər. “Hersoqu ölkəmizdə istəmirik!” çağırışı ilə bir araya gələn Səadət Partiyasının üzvləri Ankarada Ulus meydanında açıqlama veriblər.

Səadət Partiyası Ankara İl sədri Fatih Beyazıtın oxuduğu bəyanatda deyilir: “Anomaliyaların normallaşma kimi təqdim edilməsini rədd edirik. Qüdsə, Qəzzəyə bomba atanlara, ilk qibləmiz Məscidül-Əqsanı çirkli çəkmələri ilə tapdalayanlara, uşaq, qadın, qoca olmasından asılı olmayaraq məzlumlara qarşı qırğın edənlərin ölkəmizdə yeri yoxdur və olmayacaq da!”

Bəyanatda həmçinin Ərdoğanın baş nazirliyi dövründə Davos sammitində “bir dəqiqəlik” çıxışından da bəhs edilib. Səadət Partiyasının üzvləri Ərdoğandan “Bir dəqiqəlik” çıxışınız nə oldu?”, deyə soruşublar.

Bəyanat davamında belə qeyd olunub: “2013-cü ildə möhtərəm prezidentin elan etdiyi və heç vaxt baş tutmayan Qəzzaya səfərini gözləyərkən, qatillərin ölkəmizə dəvət olunması ağlasığmazdır! Bu gün nə dəyişdi? Belə bir dəvətin edilməsi üçün nə dəyişdi? Bu Hersoq adlı adam Netanyahu adlı qatildən nə ilə fərqlənir? Fələstində müsəlman qardaşlarımıza edilən zülmə son qoyulubmu? Qəzzada blokada aradan qaldırılıbmı?”

Related posts

İraq müqaviməti bir daha Eilat limanına hücum etdi

Senator: Müharibə cinayətkarı olan Netanyahu Konqresə dəvət olunmamalıdır!

CENTCOM: “USS Gravely” aviadaşıyıcı hədəfə məruz qaldı