İŞİD terror qruplaşması yeni liderini təyin edib

QafqazTimes xəbər verir ki, Əl-Məyadin telekanalının məlumatına görə, İŞİD terror qruplaşması qrupun lideri Əbu İbrahim əl-Quraşinin ölüm xəbərini təsdiqləyib.

Terror qruplaşması Əbu əl-Həsən əl-Haşimi əl-Quraşini Əbu İbrahim əl-Quraşinin varisi təyin etdiyini açıqlayıb.

Qeyd edək ki, ötən fevral ayında ABŞ rəsmiləri İŞİD terror qruplaşmasının Suriyadakı lideri Əbu İbrahim əl-Quraşinin öldürüldüyünü açıqlamışdı.

ABŞ prezidenti Co Bayden iddia edib ki, əl-Quraşi onun əmri ilə Suriyada keçirilən hərbi əməliyyatda öldürülüb.

Abdullah Qardaş kimi tanınan, əsil adı Əmir Məhəmməd Əbdür Rəhman əl-Mövla əl-Səlbi olan Quraşi Əbu Bəkr əl-Bağdadinin öldürülməsindən sonra İŞİD terror qruplaşmasının lideri olmuşdu.

O, 2008-ci ildə həbs edilmişdir. O zaman onun yeganə görüntüsü ABŞ qüvvələrinin onu İraqın cənubundakı Boka həbsxanasında dindirməsi zamanı olub. O, aylarla istintaqa cəlb olunub. ABŞ ordusu iddia edir ki, o, sorğu-sual zamanı onlara onlarla İŞİD üzvü haqqında yaxşı məlumatlar verib. O, 2010-cu ilin əvvəlindən etibarən on ildən çox müddətdə İŞİD-in keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin yanında olub. İŞİD-in fəaliyyətinin ən qızğın vaxtında o, ədliyyə naziri vəzifəsində çalışaraq, edamlar da daxil olmaqla, ağır cəzalara nəzarət edib.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO