Tulkərəm yaxınlığında bir fələstinli şəhid olub

afqazTimes xəbər verir ki, çərşənbə axşamı səhər saatlarında İordan çayının qərb sahilində İsrail işğalçı qüvvələrinin vəhşicəsinə hücumu nəticəsində bir fələstinli gənc şəhid olub.

Yerli mənbələr İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkərəmə işləməyə gedən Qəzza zolağının sakini 32 yaşlı fələstinli Əhməd Hərb Əyadın İsrail əsgərləri tərəfindən hücuma məruz qalaraq döyüldüyünü açıqlayıb.

Həkimlərin bildirdiyinə görə bu gənc fələstinli aldığı xəsarətlərin şiddətindən dünyasını dəyişib.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…