Benni Qantz: İran hərbi gəmiləri Qırmızı dənizdədir!

QafqazTimes xəbər verir ki, sionist rejimin müdafiə naziri Benni Qantz çərşənbə axşamı peykdən çəkilmiş görüntülərə istinad edərək, İranın 4 hərbi gəmisinin Qırmızı dənizdə mövcud olduğunu iddia edib.

Bu sözləri Yunanıstanda keçirilən illik iqtisadi dəyirmi masa zamanı söyləyən Qantz iddia edib: “İran ümumilikdə regionda, xüsusən də dəniz arenasında hücum əməliyyatlarını genişləndirməkdədir. İran hərbi gəmiləri Qırmızı dənizdə qeyri-adi şəkildə cövlan edir.”

Sionist rejimin müharibə naziri əlavə edib: “Burada göstərdiyim peyk görüntülərində siz Qırmızı dənizdə İranın dörd hərbi gəmisini görə bilərsiniz. İran hərbi qüvvələrinin son aylarda Qırmızı dənizdə olması son on ildə çox mühüm məsələdir. Bu, ticarət, enerji və qlobal iqtisadiyyat üçün birbaşa təhlükədir.”

Sionist rejimin müharibə naziri həmçinin deyib: “İran geniş yayılmış qlobal və regional təhlükənin bariz nümunəsidir. Bu ölkə bu yaxınlarda Semnan əyalətində uçuş məsafəsi bir neçə min kilometrə çata bilən və Avropanın mərkəzini təhdid edə bilən uzun mənzilli qitələrarası raketlərin inkişafında istifadə oluna biləcək peyk buraxılış qurğusunu sınaqdan keçirib.”

Related posts

Yəhudilər qaçır!

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…