Tel-Əviv: İran İsraili vurmağa hazırlaşır!

QafqazTimes.com Walla-ya istinadən xəbər verir: İsrail kəşfiyyatı İranın İsraili vurmağa hazırlaşması barədə xəbər yayıb. Guya yaxın zamanda Tehran qurudan, sudan,havadan İsrailə hücum edəcək. Bu xəbər  Rusiyanın Ukraynaya hücumu barədə yayılan xəbərlərə bənzəyir. Amma İran ötən 43 ildə sübut edib ki, heç bir halda ağılsız, tələsik addım atmaz.

Xatırladaq ki, son günlər Nüvə razılaşması haşiyəsində ABŞ-ın İranın elit qüvvələri olan SEPAH-ı terrorçu təşkilatlar siyahısından çıxaracağı barədə xəbərlər dolaşır. İsrailin bunu əngəlləmək üçün dezinformasiya yayması mümkündür. Digər tərəfdən, İsrailin Suriyaya havadan hücumları zamanı iki iranlı təlimatçının həlak olması Tel-Əvivi qorxuya salıb. İran İsrailin Ərbildə qərargahını vursa da, intiqam əməliyyatının başa çatdığını elan etməyib. Amma ekspertlər bildirir ki, İran əvvəlcədən elan etdiyi kimi yalnız hücumlara cavab verir və İsrail o zaman vurula bilər ki, İrana ərazilərinə təcavüz baş versin.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!