İsrail Zelenskiyə: Ukrayna yəhudiləri soyqırımı edib!

QafqazTimes.com haartes-ə istinadən xəbər verir: İsrail hökumətinin nazirləri Ukrayna başçısı Zelenskini tarixi saxtalaşdırmaqda ittiham edib. Zelenski İsrail knessetində çıxışında Ukraynada müharibəni yəhudilərin soyqırımına – Holokosta bənzədib. Bu bənzətmə yəhudi nazirləri qəzəbləndirib. Onlar Zelenskiyə müraciətlə deyib: Ukrayna müharibəsini Holokostla eyniləşdirmək hiddət yaradır. Zelenski Ukraynanın yəhudilərin qətlindəki rolunu danıb. Ukraynalılar yəhudiləri qılıncdan keçirib. Tarixi saxtalaşdırmayın!

Nazirlər Zelenskini müharibənin faciəsini şişirtməkdə ittiham edib. Zelenski knessetə müraciətində İsraildən raket əleyhinə dəmir gümbəz sistemi istəyib. O Tel-Əvivi Rusiyaya qarşı sanksiyalara qoşulmamaqda ittiham edib. Amma çıxışdakı müqayisə uğursuz olub. Ukraynanı soyqırımına məruz qalan yəhudiərə, Rusiyanı öz haqqını tələb edən fələstinlilərə bənzətmək açıq təxribatdır.

Related posts

Oman müftisi ABŞ tələbələrinin Qəzzə aksiyasını dəstəkləyib

Qəzza…

Guardian: İngiltərə Qəzzəyə humanitar yardım paylamaq üçün canlı qüvvə göndərir?!