Taliban sionist nazirin Məscidül Əqsaya olan hörmətsizliyini pisləyir

Taliban müvəqqəti dövləti sionist milli təhlükəsizlik nazirinin Məscidül Əqsaya girişinin müqəddəs məkana hörmətsizlik əlaməti kimi qəbul etdiyini və onun bu səfərini pisləyib.

Fars İnformsiya Agentliyinin Əfqanıstan müxbirlərinə istinadən verdiyi xəbərə görə müvəqqəti Taliban hakimiyyətinin XİN sözçüsü Əbdül Qəhhar Bəlxi dünən bir bəyanatla çıxış edərək deyib: İsrail nazirinin bu rəftarı beynəlxalq qanunlara zidd və müsəlman müqəddəs məkanlarına hörmətsizlikdir.

Taliban hakimiyyətinin XİN sözçüsü həmçinin vurğulayıb: biz Məscidül Əqsaya və eləcə də Fələstində hər hansı bir müqəddəs məkana qarşı hörmətsizliyi kəskin surətdə pisləyirik.

Qeyd edək ki, sionist rejim milli təhlükəsizlik naziri İtamar Ben Qvinin 5 il fasilədən sonra bir neçə polis əməkdaşının müşayiəti ilə Məscidül Əqsaya daxil olması geniş reaksiyalara səbəb olub.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!