Fələstinlilər cinayətkar rejim nazirinin hörmətsizliyinə etinasız qalmamalıdır

İtamar Ben-Qvini tanıyanlar onun Məscidül-Əqsaya qarşı ehtiramsızlığını, təhdidlərinə əməl edəcəyini, ekstremist xarakterindən əl çəkməyəcəyinə əmin idilər.

Əl-Aləm telekanalının verdiyi bir məlumatda deyilir: İsrail nazirin Məscidül Əqsaya girişi və müqəddəslərə hörmətsizliyi yeni bir sensasiya deyil. Çünki o, elə keçmişdə də bu işi görəcəyini rəftarlarında nümayiş etdirir, sionist qəsəbə sakinlərindən bu işdə ona dəstək olmalarını istəyirdi. Amma bu dəfə o, rejimin daxili işlər naziri ilə planını yerinə yetirərək, beynəlxalq öhdəliklərin ziddinə getdi.

Ben-Qvinin Məscidül Əqsaya girişi bir növ sionist rejimin müqəddəs məkanlara daxil olmasını qanuniləşdirmək xarakteri daşıyır. Tarixi faktlar Ben-Qvinin müsəlmanlara qarşı qərəzli olduğunu da sübut edir.

Elə bu səbəbdən də fələstinlilərlə birlikdə bütün müsəlmanlar düşmən təcavüzkarlığı qarşısında baş əyməməli, islam dinində önəmli əhəmiyyət kəsb edən Məscidül-Əqsanın müdafiəsinə qalxmalıdırlar.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib