Taliban: Pəncşir danışıqları uğursuz oldu

Qafqaztimes xəbər verir ki, Talibanın Dəvət və Təbliğ Komissiyasının rəhbəri Əmir Xan Müttəqi deyib: “Bir çox səylərə baxmayaraq, Pəncşir cəbhəsi problemi dialoq və düşmənçiliyin durdurulması yolu ilə həll etmək istəmir.”

Onun sözlərinə görə, bütün Əfqanıstanda aramlıq və sülh hakimdir, amma Pəncşir bu aramlıq və sülhdən məhrumdur.

O, Pəncşir əhalisinə müraciətində deyib ki, camaat bir-biri ilə məsləhətləşsinlər və rəhbərlərinə bildirsinlər ki, ABŞ və NATO-nun Əfqanıstanı tərk etməsi vəziyyəti danışıqlar yolu ilə düzəltmək üçün bir fürsətdir, əks halda vəziyyət düzəlməyəcəkdir.

O, qeyd edib ki, Pəncşir məsələsi dialoq yolu ilə həll olunarsa, hər kəsin canı və malı əmniyyət içərisində olacaqdır.

O, həmçinin deyib: “Biz dəfələrlə müxtəlif yollarla və fərqli məntəqələrdə Pəncşir rəhbərləri ilə danışmışıq, lakin bu məsələ hələ də öz həllini tapmayıb”.

Müttəqi əlavə edib ki, Taliban hələ də bu məsələni sülh yolu ilə bitirməyə çalışır.

Talibanın Dəvət və Təbliğ Komissiyasının rəhbəri Pəncşir əhalisinə müraciətində bildirib: “Kabil, Herat və digər əyalətlərdən soruşun. Əfqanıstanda bu sülh bu ölkənin tarixində misilsizdir”.

Related posts

Oman müftisi ABŞ tələbələrinin Qəzzə aksiyasını dəstəkləyib

Qəzza…

Guardian: İngiltərə Qəzzəyə humanitar yardım paylamaq üçün canlı qüvvə göndərir?!