İraq Milli Təhlükəsizlik Agentliyinin rəhbəri: Ərbəin mərasimini keçirməyə tam hazırıq

Qafqaztimes xəbər verir ki, İraq Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Əbdül Qani əl-Əsədi çərşənbə günü bildirib ki, Ərbəin mərasimi və qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri başa çatmaq üzrədir.

Mawazin News-un xəbərinə görə, Əl-Əsədi Əl-Divaniyyə əyalətinə səfəri zamanı keçirdiyi mətbuat konfransında bunları söyləyib: “Təhlükəsizlik hər kəsin borcudur və hazırda Ərbəin mərasiminə və qarşıdan gələn parlament seçkilərinə (10 oktyabrda) yüksək səviyyədə hazırıq.”

Bu arada Nəcəf valiliyi bu ilki Ərbəin mərasimində zəvvarların təhlükəsizliyini qorumaq üçün ordu, polis və Həşdu-Şabi qüvvələrinin iştirakı ilə hərtərəfli bir təhlükəsizlik planının təşkil olunduğunu açıqlayıb.

O, bu il də Nəcəfi-Əşrəfdən Kərbəlaya gedən Ərbəin piyada yolunun pilotsuz təyyarələrlə kontrol olunacağına diqqət çəkərək belə əlavə edib: “Nəcəf və Kərbəla əyalətinə gedən yollar tam nəzarətdədir. Təhlükəsizlik pozuntularının qarşısını almaq üçün bu təhlükəsizlik planında vətəndaşlardan da istifadə ediləcəkdir.”

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO