Təl-Əviv yaxınlığında baş verən atışmalarda 5 sionist ölüb + Video

QafqazTimes xəbər verir ki, fələstinli gənclərin keçirdiyi əməliyyat zamanı Tel-Əviv yaxınlığında eyni vaxtda baş tutan iki atışma nəticəsində 11 sionist mühacir ölüb və yaralanıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, sionist mediası Təl-Əvivin şərqində yerləşən Bney Brak qəsəbəsində eyni vaxtda iki atışma baş verdiyini bildirib. Məlumata görə, avtomatdan açılan atəş nəticəsində 5 sionist həlak olub, daha 6 nəfər isə yaralanıb. Yaralananların vəziyyətinin ağır olduğu bildirilir.

Əl-Məyadin isə son məlumatlarında bildirib ki, Təl-Əvivin şərqindəki Bney Brak qəsəbəsində bir motosikletçinin Kalaşnikov avtomatı ilə həyata keçirdiyi atışma zamanı 5 nəfər həlak olub.

İbrani mənbələrinin məlumatına görə, sionist rejimin baş naziri Naftali Bennet yerli vaxtla axşam saat 22-də təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr toplantısı keçirib. İsrailin müharibə naziri Beni Qantz isə təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə Bney Brakdakı əməliyyatı müzakirə ediblər. Bney Brak meri atışma əməliyyatında 5 nəfərin qətlə yetirilməsindən sonra sionist mühacirlərə elan edib ki, evinizdə qalın və çölə çıxmayın.

Əl-Cəzirə İsrail polisinin hücumu törədən şəxsi həbs etdiyini, lakin onun şəxsiyyətini açıqlamadığını bildirib. Sionist polisi bildirib ki, atışma Təl-Əvivin şərqindəki Bney Brak və Ramat Qan məntəqələrində üç mərhələdə baş verib. İsrailin Kanal-12 telekanalının məlumatına görə, Bney Brak hadisəsini törədən şəxs elə Ramat Qan məhəlləsində bir polis zabitini güllələyən şəxsdir. İsrail mediasının ilkin qənaətinə görə hadisəni törədən şəxs işğal olunmuş ərazilərdən olan bir fələstinlidir.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…