Azərbaycanlı qonşu ölkədə qayda pozdu, cərimə qadın traktor sürücüsünə kəsildi (Video izlə)

Türkiyənin İsparta şəhərinin Gökçehüyük kəndində yaşayan 64 yaşlı Emine Tüzün adlı qadın maraqlı bir hadisə ilə üzləşib.

Emine Tüzünə öz traktoru ilə İstanbulda 6 dəfə körpülərdən, 3 dəfə də avtomobil yolundan ödəniş etmədən keçdiyi iddia edilərək 476 lirə 25 qəpiklik, təxminən 56 AZN cərimə kəsilib. Cərimədə Tüzünün 10 EE 111 nömrəli traktoru ilə ötən ilin oktyabr və noyabr aylarında 15 iyul Şəhidlər körpüsü və Fatih Sultan Mehmet körpüsündən 6 dəfə, İstanbul-Ankara avtomobil yolu ilə Mahmutbey-Edirne avtomobil yolundan isə 3 dəfə ödəniş etməyərək keçdiyi qeyd olunub. İstanbula 650 kilometr uzaq məsafədə yaşayan Emine Tüzün sözügedən cəzanı gördükdə böyük çaşqınlıq yaşayıb. Mediada sözügedən hadisə ilə bağlı məlumat yayıldıqdan sonra Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Kamera görüntülərindən məlum olub ki, ödəniş etmədən sözügedən yollardan istifadə edən avtomobil 10 EE 111 Azərbaycan qeydiyyat nömrə nişanlı avtomobildir. Həm avtomobilin, həm də traktorun nömrə nişanı eyni olduğundan cərimə səhvən Eminə Tüzünə kəsilib. Məsələ aydınlaşdırıldıqdan sonra qadına kəsilən cərimə ləğv olunub. “Qaynarinfo”nun apardığı araşdırma nəticəsində məlum olub ki, əvvəllər 10 EE 111 dövlət nömrə nişanı “Rang Rover” markalı avtomobildə olub. Hazırda isə sözügedən dövlət nömrə nişanı “BMW 430” markalı avtomobildə istifadə edilir. Nəqliyyat vasitəsi Binəqədi rayon sakini Eldəniz adlı şəxsə məxsusdur. İlkin ehtimala görə, 10 EE 111 nömrəli avtomobil Türkiyənin İstanbul şəhərində olarkən yol-hərəkət qaydaları pozduğu üçün cərimə edilib. Maşın hazırda Bakıda olduğundan cərimələr eyni nömrə nişanlı traktor şoferinə göndərilib.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO