Təl-Əvivə gələcək müharibə ilə bağlı ciddi xəbərdarlıq

QafqazTimes xəbər verir ki, İordan çayının qərb sahilində qarşıdurmaların artması, Fələstin müqavimətinin baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi sionist rejimin yeni kabineti ilə qarşıdurmaya hazır olması ilə bağlı ciddi mövqeləri ibrani mediasının Tel-Əvivə böyük müharibənin başlanğıcı barədə xəbərdarlıq etməsinə səbəb olub.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu bu xəbərdarlıqlarla bağlı hazırladığı hesabatda yazıb: İsrail ordusu iki cəbhədə (Hizbullah və Qəzzadakı Fələstin müqavimətinə qarşı) müharibəyə hazırlaşmalıdır. Müqavimət qüvvələri ilə baş vermə ehtimalı olan bu müharibə İsrailə hər gün minlərlə raketin atılması ilə nəticələnə bilər.

Bu tədqiqat institutu hesabatını davam etdirərək yazıb: “Müharibə zamanı İsrail müxtəlif istiqamətlərdən görünməmiş atəş gücü ilə hədəfə alınacaq və biz Hizbullahın gündə 1000-dən çox raket atacağını təxmin edirik. Bundan əlavə, Suriyadan və ola bilsin ki, İraqdan da bizə tərəf onlarla, yüzlərlə dəqiq və uzaqmənzilli raketlər atıla bilər.”

İbrani qəzeti “Yediot Aharonot” da sionist rejimin rəsmiləri arasında qeyri-müəyyən siyasi fikir ayrılıqlarına işarə edərək yazıb: “İşğalçı rejimin keçmiş müharibə naziri Benni Qantz öz varisi Bezalel Smotriçin fikir və siyasətlərinə qarşıdır və Netanyahunu siyasəti təhlükəsizlik məsələləri ilə qarışdırmaqda günahlandırır.”

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik