Efiopiya böhranında “META”ya qarşı şikayət

QafqazTimes xəbər verir ki, Facebook-da Efiopiyada vətəndaş müharibəsini qızışdıran nifrət dolu və zorakılıq xarakterli yazıların dərci “Meta” şirkətinin məhkəməyə verilməsinə səbəb olub.

Bir insan haqları qrupu nifrət dolu məzmunlu yazıların dərcinə və Efiopiya vətəndaş müharibəsində zorakılığı təhrik etdiyinə görə Facebook sosial şəbəkəsinin təsisçi şirkətini məhkəməyə verib.

“Reuters” xəbər agentliyinin məlumatına görə, Keniyadan olan iki efiopiyalı tədqiqatçı və “Katiba İnstitutu” insan haqları qrupunun təqdim etdiyi bu petisiyada “Facebook”da yazıların və təklif olunan məzmunların bu ölkədə zorakılığın artmasına səbəb olduğu vurğulanır.

Facebook-un törətdiyi eyni zorakılıq zamanı atasını itirən tədqiqatçılardan biri bu şikayətdə yazıb ki, Meta şirkəti təhlükəli postları müəyyən etmək üçün alqoritmlərinin yazılmasına lazımi diqqət yetirməyib və məzmunlara nəzarət etmək üçün lazımi insan resurslarını işə götürməyib.

Şikayətçilər bu petisiyada məhkəmədən Meta-nı zorakılıq məzmunlu materialların dərcinin qarşısını almaq üçün lazımi tədbirlər görməyə, həmçinin Facebook-da zorakılıq qurbanlarının ailələrinə 2 milyard dollara yaxın təzminat ödəməyə məcbur etməyi tələb ediblər.

Meta-nın sözçüsü Erin McPike isə bu şikayətə reaksiya olaraq, nifrət və zorakılığa çağırışların yayılmasının Facebook və Instagram qaydalarına zidd olduğunu iddia edib.

Related posts

Dünyanı kim qarışdırır?

Səudiyyə Ərəbistanı Qəzzənin gələcəyini həll edən müzakirələrə evsahibliyi edir

Yəmən İsrail gəmisini hədəfə aldı