Suriyanın baş müftisi: İİR İsrail səfirliyini bağlamaqla Fələstinə ilk sədaqətini göstərmişdir

المفتي العام لجمهورية سورية أحمد بدر الدين حسون

Qafqaztimes xəbər verir ki, Suriyanın Baş müftisi Şeyx Bədruddin Həssun, İslami Oyanış Ümumdünya Assambleyası tərəfindən təşkil edilən “Qüds Günü, məzlumların günü” mövzusunda virtual bir yığıncaqda deyib: “Fələstin bütün səmavi dinlərə qucaq açıb. İşğalçılar isə iddia etdikləri kimi heç də yəhudi deyillər.”
Əl-Məyadin telekanalının məlumatına görə o, qeyd edib ki, Qurani-Kərimin İsra surəsinə görə, Qüds heç bir təcavüzkarın və ya zalımın davam gətirə bilməyəcəyi bir yerdir və bu torpaqda zülm yolunda addım atan hər bir kəs məhv olacaqdır.
Şeyx Həssun vurğulayıb: “Bu, Allahın vədəsidir və Allahla əhd bağlayan və vədinə sadiq olanlar tərəfindən yerinə yetiriləcəkdir. İran İslam Respublikası bu istiqamətdə böyük addım atdı və inqilabın lideri İmam Xomeyni, Mübarək Ramazan ayının son cümə gününü Qüds günü qeyd edərək, Qədr gecəsinin Quran gecəsi olmasına zəmin yaratdı.”
İran İslam Respublikasının Fələstinə sədaqətinin ilk əlaməti İsrail səfirliyini ləğv edərək yerinə Fələstin səfirliyini açmaq oldu, deyə Şeyx Bədruddin Həssun əlavə edib.
Suriyanın Baş Müftisi həmçinin Fələstindəki təcavüzkarların insanları kölə halına gətirmək üçün bu torpaqlara gəldiklərini və bu şəkildə insani və əxlaqi dəyərlərin onlar üçün heç bir əhəmiyyəti olmadığını söyləyib.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…