Müqtəda əs-Sədr və Seyid Əmmar əl-Həkim sionistlərin Qüdsdəki vəhşiliyinə reaksiya veriblər

Qafqaztimes xəbər verir ki, İraqın “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədr və İraq Milli Hikmət fraksiyasının lideri Seyid Əmmar əl-Həkim ayrı-ayrılıqda Sionist rejimin Qüdsdəki cinayətlərini və “Şeyx Cərrah” məhəlləsinin sakinlərini köçməyə məcbur etməsini sərt tənqid edərək, fələstinlilərə öz həmrəyliklərini ifadə ediblər.

Müqtəda əs-Sədr öz twitter hesabında yazıb: “İsrail bir daha beynəlxalq ictimaiyyətin himayəsi altında fələstinlilərə və Müqəddəs Qüdsə qarşı cinayətlərini davam etdirir. Qüds, müqəddəsliyin mənasını və ya din və inancın mənasını bilməyən və özünü heç bir dəlilsiz və səlahiyyətsiz Qüdsün mühafizəçisi hesab edən bir cinayətkar qrupa deyil, bütün dinlərə məxsus olmalıdır.”

Milli Hikmət hərəkatının lideri Seyyid Əmmar əl-Həkim isə şənbə günü etdiyi açıqlamasında deyib: “İşğalçı qüvvələr tərəfindən edilən zorakılıqdan sonra Məscidül-Əqsa ətrafında təhlükəli proseslərin inkşafı və məscidin içində dinc oturaq aksiya keçirən ibadətçiləri dağıtmaq üçün göstərilən şiddət, ibadət edənlərin yaralanmasına və boğulmasına səbəb olan güllə və gözyaşardıcı qazla hücum və s. bütün bu hadisələri böyük nigarançılıqla izləməkdəyik.”

Seyyid Əmmar əl-Həkim həmçinin deyib: “Biz bu vəhşi hücumları qınayır və beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını bu vəziyyətə son qoymaq üçün hərəkətə keçməyə çağırırıq.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?