Şotlandiya parlamenti tarixində ilk dəfə olaraq bir müsəlmanın baş nazir olması qərarını verdi
Fars İnformasiya Agentliyinin məlumatına əsasən. Şotlandiya parlamenti dünən (28 mart) Pakistan əsilli Həmzə Yusifin baş nazir vəzifəsində çalışması ilə qərarı təsdiqləyib.
Artıq Pakistan əsilli Həmzə Yusif Şotlandiyanın ilk ağdərili olmayan baş naziridir. Anası keniyalı olan Həmzə Yusifin atası 1960-cı ildə Glaskoya mühacirət edib və 1985-ci ildə Yusif dünyaya gəlib.
Həmzə Yusif 2007-ci ildə politologiya fakültəsinin magistr təhsili aldıqdan sonra 2011-2016-cı illərdə Şotlandiyanın parlamentində deputat olub.
O, hakim Şotlandiya Milli Partiyasının yeni lideri seçilib. 38 yaşlı Baş nazirin atası pakistanlı, anası keniyalıdır. 25 yaşında Şotlandiya parlamentinin ən gənc üzvü olub. Ədliyyə, Nəqliyyat və Səhiyyə naziri olub.