Rusiyada çayda üzən restoran batıb (Video izlə)

Rusiyanın Sankt-Peterburq şəhərində Neva çayında “Gümüş balina” restoranı batmağa başlayıb.

Bu barədə Sankt-Peterburqun Nevski rayon administrasiyasının mətbuat xidməti xəbər verib.

Ehtimal olunur ki, hadisəyə səbəb gəminin gövdəsində sızma olub.

lkin məlumatlara görə, zərərçəkən yoxdur, hadisə yerində təcili xidmətlər işləyir.

Regional Prokurorluqda üzən “Gümüş balina” obyekti ilə bağlı fakt üzrə “su nəqliyyatının istismarı zamanı təhlükəsizlik standartlarının yerinə yetirilməsi”nə dair yoxlama təşkil edilib. Mənbələrə görə, restoran təyinatı üzrə işləməyib.

Related posts

Aviaqəzalarda dünyasını dəyişən dövlət başçıları – SİYAHI

Rusiyada manyakın təhlükəli görüntüləri yayılıb – VİDEO

BMT-nin iclasında Seyid İbrahim Rəisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib – FOTO