Şirkət robotu baş direktor təyin etdi

Mobil proqramlar və onlayn oyunlar hazırlayan Çinin “NetDragon Websoft” İT şirkəti baş direktor vəzifəsinə Tanq Yu adlı robotu təyin edib.

Bununla da o, rəsmi olaraq müdir kürsüsündə əyləşən dünyanın ilk robotu olub.

Robotun özü, texniki xüsusiyyətləri və xarici görünüşü haqqında mediada çox az məlumat var. Məlumdur ki, Tanq Yu süni intellektə malikdir. O, insanabənzər robot hesab olunur.

Çin şirkəti robotun bütün işçilərin fəaliyyətinə qərəzsiz və ədalətli qiymət verə biləcəyinə inanır.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO