Quyuya düşüb günlərlə ac-susuz qaldı və … (Video izlə)

Rusiyanın Primorsk diyarında eşitmə məhdudiyyətli kişi meşədə yeddi metrlik quyuya düşüb və günlərlə orada ac-susuz qalıb.

Məlumata görə, başı göbələk yığmağa qarışan kişi qapağı açıq qalan mazut quyusunu görməyib. Onun nitq və eşitmə qabiliyyəti tam məhdud olduğu üçün isə köməksiz vəyyətdə olub.

Regional könüllülər onu dörd gün axtarıblar.

Bütün bu müddət ərzində kişi gölməçədən su içib, amma ac qalıb. Bir müddət sonra xilasedicilər və könüllülər onun avtomobilini, daha sonra isə kişinin özünü tapıblar.

O, həkim müayinəsindən sonra evinə buraxılıb.

Related posts

Yəhudilər qaçır!

Meşədən kütləvi köç edən qırxayaqlıların görüntüsü tayvanlıları dəhşətə gətirdi – VİDEO

Yaşlı qadın küləyin qurbanına çevrilməkdən son anda xilas oldu – ANBAAN VİDEO