Sionistlərin Ramazan mərasiminə hücumu/ 11 fələstinli yaralı + Video

QafqazTimes xəbər verir ki, Fələstin mediası bazar ertəsi səhər saatlarında sionist rejimin işğalçı qüvvələrinin Bab əl-Əmud və Məscidül-Əqsada müsəlmanların Ramazan mərasimlərinə hücum etdiyini bildirib.

Gizli polis və süvari qüvvələrinin, eləcə də İsrail ordusunun əsgərlərinin tam təchizatla müdafiəsiz fələstinlilərə hücum edərək Ramazan mərasimini dağıtmağa çalışdıqları bildirilir.

Fələstinin Qüds telekanalı Qüdsün Bab əl-Əmud bölgəsində sionistlərin vəhşicəsinə hücumu zamanı bir gəncin yaralandığını bildirib.

Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin sionist hərbçilərin fələstinli gənclərə atdığı plastik güllələr nəticəsində ən azı 4 nəfərin yaralandığını açıqlayıb.

Əl-Cəzirə yerli mənbələrə istinadən xəbər verir ki, Bab əl-Əmud bölgəsində fələstinlilərə hücum zamanı bir qadın işğalçı polis də yaralanıb.

Fələstin Səhiyyə Nazirliyi bir neçə dəqiqə sonra sionistlərin Məscidül-Əqsaya hücumu nəticəsində yaralıların sayının artaraq, 11 nəfərə çatdığını açıqlayıb.

Bundan əlavə bir neçə fələstinli gəncin işğalçıların təcavüzünə qarşı durmağa çalışdıqları üçün həbs edildiyi də bildirilir.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir