Fələstin müqaviməti İsrailə ciddi xəbərdarlıq etdi

QafqazTimes xəbər verir ki, Fələstin müqavimət qrupları xəbərdarlıq ediblər ki, sionistlərin işğal olunmuş Qüdsün Bab əl-Əmud bölgəsinə hücumları Qəzzada ötən ildəki müharibənin təkrarlanmasına səbəb ola bilər.

“Əl-Qüds Əl-Ərəbi” qəzetinin məlumatına görə Fələstinin müqavimət qrupları vasitəçilərə bildiriblər ki, onların Qüdsə kömək etmək üçün müdaxilə ilə bağlı əvvəlki xəbərdarlıqları hələ də yerindədir və İsrailin indiki addımları münaqişəni alovlandırır. Bundan əlavə ekstremist sionistlər də Məscidül-Əqsaya hücum edəcəkləri ilə hədələyirlər.

Qəzetin yazdığına görə, Fələstin İslami Cihadının hərbi qolu Qəzza zolağının müxtəlif bölgələrində hərbi təlimlər keçirməklə sionist rejimə yeni mesaj veriblər. “Səraya əl-Qüds” döyüşçüləri də Qəzza zolağının mərkəzində hərbi nümayiş qeyd ediblər.

HƏMAS da öz növbəsində vurğulayıb ki, sionist xarici işlər nazirinin Bab əl-Əmuda gəlişi və ardınca rejim ordusunun hücumları “bütün məsuliyyəti İsrailin üzərində olan təhlükəli bir gərginlikdir”. Həmas bildirib ki, bu addımlar sionist rejimin Qüds və Məscidül-Əqsaya qarşı öz pis planlarını həyata keçirməkdə israrlı olduğunu göstərir.

Əl-Qüds Əl-Ərəbi daha sonra yazıb: “Sionistlər rejim üçün təhlükə və müharibə ehtimalını hiss etdikləri üçün rejim ordusunun Qəzza zolağının sərhədlərində Dəmir Qübbə sistemini tam hazır vəziyyətə gətirdiyini elan ediblər.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?