Sionistlərin Nablus şəhərinə hücumu nəticəsində 72 fələstinli yaralanıb

QafqazTimes xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti işğalçı sionist rejimin əsgərlərinin bu gün günortadan sonra İordan çayının qərb sahilinin Burqa qəsəbəsinin girişində fələstinli gənclərlə toqquşduğunu bildirib. Həmçinin bu toqquşmalarda 72 fələstinlinin yaralandığı qeyd olunur.

Fələstin Əl-Yovm-un məlumatına görə, işğalçı rejim qüvvələri bu gün sionist mühacirlərin bölgəyə hücumuna zəmin hazırlamaq üçün Burqa qəsəbəsinin girişini bəndlərlə bağlayıb.

Sionist mühacirlər Pesha adlı bayram münasibətilə təlmud ayinlərini yerinə yetirmək üçün Fələstin ərazilərindən keçərək Hebron şəhərindəki İbrahimi məscidinə daxil olmağa çalışırlar.

Sionist rejim bazar ertəsindən etibarən İbrahimi hərəmini fələstinlilərin üzünə bağlayıb və onların oraya daxil olmasına və azan verilməsinə icazə vermir.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…