Ənsarullah Yəmənin yeni zirehli hərbi maşınını nümayiş etdirib + Foto

QafqazTimes xəbər verir ki, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husi bu çərşənbə axşamı Yəmənin Ali Siyasi Şurasının sədri Saleh əs-Səmədin şəhadətinin dördüncü ildönümündə Yəmən hərbi zirehli avtomobilini nümayiş etdirib.

Əl-Məyadin-in məlumatına görə, Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri özünün Tvitter hesabında bu zirehli maşını idarə etdiyini göstərən video yayımlayıb. “Yəmənin zirehli texnikasına baxın” deyə əl-Hüsi tvitter hesabında yazıb.

Səna rəsmiləri və Yəmənin Ali Siyasi Şurasının üzvləri dünən Saleh əs-Səməd və silahdaşlarının şəhadətinin dördüncü ildönümünü qeyd ediblər. Qeyd edək ki, onların karvanı 19 aprel 2018-ci ildə Səudiyyə koalisiyasının hava hücumlarına məruz qalmışdı.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…