Sionistlərin hücumuna fələstinlilərin qarşıdurmadan başqa çarələri yoxdur!

Bu gün (4 aprel) İordan çayının qərb sahili, Beyt Ləhmin cənubunda yerləşən Əl Dəhəşiyyə düşərgəsində sionistlərin hücumu qarşıurma ilə nəticələnib.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (4 aprel) bu qarşıdurmada 3 fələstinli gənc yaralanıb və bir neçə nəfər isə həbs edilib.

Fələstin təhlükəsizlik qaynaqlarının məlumatına görə işğalçı rejim hərbçiləri düşərgəyə hücum edərkən fələstinli gənclərin qəzəbinə düçar qalıb və nəticədə odlu silahlardan istifadə etməklə yanaşı, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombaları da atıblar. Nəticədə 3 nəfər yaralanıb. Yaralanan gənclərdən birinin vəziyyətinin ağır olduğu deyilir.

Daxil olan məlumata əsasən işğalçı sionist rejim hərbçiləri 8 nəfəri həbs edərək naməlum məqsədə aparıblar.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir