Amerika odla oynayır!

Çin Xalq Respublikasının Los Ancelesdəki səfiri ABŞ Nümayənələr Palatası sədrinin Tayvan prezidenti ilə görüşünü 1.4 milyard çinlinin emosiyalarını yaralaması adlandırıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, rəsmi Pekin Tayvan prezidenti Tsay İnq Vanın ABŞ Nümayəndələr Palatasının sədri Kevin McKarty ilə görüşünün Pekin-Vaşinqton münasibətlərinə də zərbə vuracağı barədə xəbərdarlıq edib.

Los Ancelesdəki Çin rəsmisi deyib: Sabah baş tutacaq görüş 1.4 milyard çinlinin hissləri ilə oynamaqdan əlavə, iki ölkə arasında siyasi münasibətləri də zəiflədəcək və əlaqələrə dərin zərbə vuracaq.

Respublikaçıların tərəfdarı olan Kevin McKartinin görüşü sabah (5 aprel) Kaliforniyada, Reyqan Kitabxanasında baş tutacağı gözlənilir.

Bundan əvvəl də Pekin bu görüş barədə “Odla oynayırsınız” deyə xəbərdarlıq etmişdi.

Related posts

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi