Amerika təyyarədaşıyan gəmisi Suriya sahillərində dayandı

ABŞ müdafiə nazirinin müavini Corc H.W.Buş təyyarədaşıyan gəmisinin Suriya sahillərinə yaxın bir ərazidə olmasını Suriyadakı hərbçilərinin təhlükəsizliyinin təmini ilə əlaqələndirib.

Əl Aləm telekanalının məlumatına əsasən, müdafiə nazirinin müavini Sabrina Singh mətbuat konfransında deyib: Suriyadakı qüvvələrimizin dəfələrlə baş verən hücumların çoxaldığının şahidiyik. Elə bu səbəbdən də təyyarədaşıyan gəmimizi hər hansı bir hadisənin qarşısını almaq üçün Surya yaxınlığında yerləşdirmək qərarına gəlmişik.

Sabrina Singin sözlərinə görə Corc H.W.Buş gəmisi hələ ki, ABŞ komandanlığının nəzarəti altındadır.

S.Singh həmçinin deyib: Bu gəmi Avropadan Amerikaya geri qayıdırdı. Amma hərbi komandanlığın fərmanı ilə ezamiyyət müddəti artırıldı və müvəqqəti yerdəyişmə qərarı verildi və Suriya yaxınlığında yerləşdirildi.

Bu rəsminin sözlərinə görə Suriyadakı düşərgələrə olan son hücumlardan sonra Amerikanın Suriyadakı qüvvələrinin mövqeyini dəyişmək məqsədi yoxdur.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı