Sionistlər üçüncü intifadadan narahatdırlar

Qafqaztimes xəbər verir ki, “Ray Al-Yovm” veb saytına görə, İsrail rəsmiləri ilə sıx əlaqədə olan israilli şərqşünas Avi Yasxarov, işğal olunmuş Fələstində və İordan çayının qərb sahilində baş verən son hadisələri araşdıraraq söyləyib: “Qərbi Şəriyədəki səhnələr israillilərə İkinci İntifada günlərini xatırladır. Bütün gözlər Qəzza Zolağında olsa da, İordan çayının qərb sahilində son Qəzza müharibəsindən ilham ala biləcək bəzi dəyişikliklər var və eyni zamanda İordan çayının qərb sahilində vəziyyətin son illərdə olduğu kimi aram olmadığı görünür.”

Sionist şərqşünas İsrailin ” Maariv ” qəzetində dərc olunan məqaləsində əlavə edib ki, biz hazırda bir ümumxalq intifadası ilə üzləşməsək də və Fələstin qrupları hələ küçələrə axışmasalar da, bunun baş vermə ehtimalı vardır. Bu hissi (intifada) qaçqın düşərgələrində müşahidə etmək olar.

Yasxarov Təl-Əvivdəki bəzi mənbələrə istinadən deyib: “Bu günlərdə İordan çayının qərb sahilində partlayıcı maddələr daha çox yayılıb və müxtəlif Fələstin qruplarından onlarla silahlı şəxsin açıq üzlü və maskasız gəzdiyini görə bilərsiniz. Bu səhnələr İkinci İntifazanın günlərini xatırladır və Fələstin düşərgələri o vaxtdan bəri silahlıdır. Vəziyyət sonsuza qədər belə qala bilər.”

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı