Əl-Amiri: İlin sonuna qədər heç bir xarici qüvvə İraqda qalmayacaq

Qafqaztimes xəbər verir ki, İraqın Əl-Fəth koalisiyasının lideri Hadi Əl-Amiri Bağdadda keçirdiyi mətbuat konfransında bütün xarici qüvvələrin İraqı tərk edəcəyini və bu ilin sonuna qədər heç bir xarici əsgərin İraq torpağında qalmayacağını söyləyib.

O, 2021 -ci il dekabrın 31 -in sonuna qədər Fransa və Türkiyə qüvvələri də daxil olmaqla heç bir xarici qüvvənin İraqda qalmayacağını və bunun bütün iraqlıların qərarı olduğunu vurğulayıb.

Əl-Amiri bir neçə gün əvvəl İraqın paytaxtında keçirilən Bağdad konfransına dəstək verərək, İraqın bölgəyə güclü geri dönüşü olmasa, bölgədə sabitliyi görməyəcəyik söyləyib.

Əl-Amiri həmçinin Bağdad konfransına qatılan bütün ölkələri  İraq hökuməti ilə həmkarlıq etməyə və konfransda verilən bütün vədləri yerinə yetirməyə çağırıb.

İraq Fəth Koalisiyasının lideri Əfqanıstanda baş verən son hadisələrə və taliblərin ölkədə hakimiyyətə qayıtmasına reaksiya verərək deyib: “İraqla Əfqanıstan arasında heç bir bənzərlik yoxdur. İraqda vəziyyət çox aydındır və bu ölkədə qarşıdurma yoxdur. İŞİD sona çatıb. Hətta silahlı qruplar belə siyasi prosesdə iştirak edir və onu müdafiə edirlər.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?