Çin Əfqanıstanda ABŞ və NATO -nun müharibə cinayətlərinin araşdırılmasını istəyib

Qafqaztimes xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vang Venbin mətbuat konfransında, son 20 ildə ABŞ və NATO əsgərləri tərəfindən Əfqanıstan vətəndaşlarının öldürülməsinin tam araşdırılmalı olduğunu söyləyib.

O, əlavə edib ki, Əfqanıstan vətəndaşlarını öldürən qatillər ədalət məhkəməsinə cəlb olunmalı və Əfqanıstan xalqının hüquqları müdafiə edilməlidir.

Rəsmi rəqəmlərə görə, ABŞ-ın 2001-ci ilin oktyabrında Əfqanıstana hücumundan 2020-ci ilin aprelin ayına qədər Əfqanıstanda təxminən 47 min mülki şəxs qətlə yetirilmişdir.

ABŞ və NATO -nun hərbi əməliyyatları nəticəsində Əfqanıstanda kütləvi mülki insan tələfatı ilə bağlı məlumatlar ilk dəfə 2010 -cu ildə, WikiLeaks-də yayımlanmışdır. O zaman bu barədə 91 mindən çox məxfi sənədin üstü açılmışdır.

Sənədlər, ABŞ və NATO -nun ölkədəki hərbi əməliyyatlarla bağlı hesabatlarda mülki şəxslərin öldürülməsi barədə məlumatların yer almamasını göstərir.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…