Sionistlər tərəfindən güllələnən gənc fələstinli şəhid olub

Qafqaztimes xəbər verir ki, Fələstin mənbələri İsrail işğalçılarının İordan çayının qərb sahilində soyuq silahla hücum etdiyini bəhanə edərək bir Fələstin vətəndaşına atəş açdığını bildiriblər.

Fələstin mətbuatının məlumatına görə, ibranidilli mənbələr həmin şəxsin Nablusun cənubundakı Jiti kəsişməsində cihad əməliyyatı həyata keçirmək niyyətində olduğunu iddia edib.

KİV-in məlumatına görə, qeyd olunan Fələstin vətəndaşı atışmadan sonra yaralanaraq yerə yıxılıb.

İbranidilli media qarnından güllə yarası alan gənc fələstinlinin ağır yaralandığını və xəstəxanaya aparıldığını bildirib.

Bir neçə saat sonra Fələstin mediası bu gənc fələstinlinin sionistlər tərəfindən güllələnərək şəhid edildiyini xəbər verib.

Son zamanlar sionist məskunlaşmaların genişləndirilməsi və sionistlərin Qüdsdəki islami müqəddəsatlara, xüsusən də Məscidül-Əqsaya qarşı təhqirləri ilə bağlı fələstinlilərin İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə sionistlərə qarşı cihad əməliyyatları artıb.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!