Qaşıqçının qatilləri Ər-Riyaddakı bir təhlükəsizlik kompleksində yaşayırlar

Qafqaztimes xəbər verir ki, Britaniyanın “The Guardian” qəzetinin məlumatına görə, yerli şahidlər Camal Qaşıqçının qətlində əli olan komandanın ən azı üç üzvünün Ər-Riyadda Səudiyyə Milli Təhlükəsizlik Agentliyinin idarə etdiyi yeddi ulduzlu kompleksdə qaldığını iddia edib.

The Guardian-ın məlumatına görə, Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Qaşıqçını parçalara ayıran həkim Salah ət-Tabiqi də bu kompleksə daxil olanlar arasında müşahidə olunub. Şahidlərin sözlərinə görə, müttəhimlər qaldığı kompleksdə idman klubu və və s. kimi imkanlara malikdirlər. Onların ailə üzvləri də mütəmadi olaraq onlarla görüşür.

2019-cu ilin dekabrında Səudiyyə Ərəbistanı məhkəməsi səudiyyəli jurnalistin qətlində təqsirli bilinənlərdən bəzilərini ölüm cəzasına məhkum etdi, lakin sonradan onların cəzaları ömürlük həbslə əvəz olundu. Üç təqsirləndirilən şəxs bəraət aldı, 10 nəfərə isə ölüm və həbs cəzası verildi.

The Guardian-ın istinad etdiyi şahidlər son iki ildə bir neçə dəfə Ər-Riyaddakı kompleksə baş çəkiblər. Onlara bağban və texniki işçi adı ilə bu mülkə girmək icazəsi verilib. Şahidlər bin Salmanın qisas alacağından qorxaraq kimliklərini açıqlamaqdan imtina ediblər.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…